Donate/Letter/az

From the Wikimedia Foundation
< Donate
Revision as of 23:52, 9 January 2009 by Cbrown1023 (talk | contribs) (updates from meta)

(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

<skin>Tomas</skin>


Vikipediyanın yaradıcısı Cimmi Uelsin müraciəti

Cimmi Uels

Hörmətli oxucu,

Vikipediyanı ianələrlə dəstəkləmənizi bu gün sizdən xahiş edirəm. Bu müraciət qeyri-adi görünə bilər: nə üçün dünyada ən populyar beş saytdan biri oz istifadəçilərindən maliyyə yardımı istəyir?

İnternetin ən populyar digər 50 saytından fərqli olaraq Vikipediya başqa cür qurulubdur. Bizdə əmək haqqı ilə işləyən əməkdaşların sayı azdır, cəmi iyirmi üç nəfər. Vikipediyadakı məlumatlar istənilən şəxs tərəfindən istənilən məqsəd üçün sərbəst istifadə oluna bilər. Bizim illik xərclərimiz altı milyon dollara yaxındır. Vikipediya, mənim 2003-cü ildə yaratdığım qeyri-kommersiya fəalliyəti ilə məşğul olan "Vikimediya Fondu" (Wikimedia Foundation) tərəfindən idarə olunur.

Vikipediyanın əsas işi 150 000 könüllüdən ibarət, məqsədləri biliklərini azad paylamağa yönəlmiş dünya ictimaiyyətinin üzərinə düşür. Səkkiz ildən az bir müddət ərzində bu könüllülər 265 dildə 11 milyon məqalə yaratmışlar. Hər ay 275 milyon adam bizim veb-saytın informasiyalarından pulsuz və reklamlara baxmadan istifadə edir.

Vikipediya adi veb-saytdan daha çox imkana malikdir. Bizim amalımız: "Elə bir dünya təsəvvür edin ki, orada hər bir şəxs bütün dünyadakı insan biliklərinin toplusuna müraciət etmək imkanına malikdir. Bizim məqsədimiz budur."

Sizin ianə yardımlarınız bizə bir neçə üsulla kömək edə bilər. Hər şeydən əvvəl, internetin ən populyar saytlarından birinin artmış olan şəbəkə trafikinin xidmətinə lazım olan xərclərin ödənməsinə yardım etmiş olarsınız. Yardımlar o cümlədən, Vikipediyanın fəaliyyət göstərməsinə imkan verən proqram təminatının yaxşılaşdırılmasına sərf ediləcəkdir. Bu da məqalələrin axtarışı, oxunması və yazılması işlərini asanlaşdıracaqdır. Biz bütün dünyada biliyin azad yayılması üçün yeni könüllüləri cəlb edirik, digər tərəfdən mədəniyyət və təhsil arasında strateji münasibətlər yaradırıq.

Vikipediya unikaldır. O tarixdə könüllülər tərəfindən yazılmış ən böyük ensiklopediyadır. Biz milli park və ya məktəbdə olduğu kimi, Vikipediyada da reklam yerləşdirilməsinin vacibliyinə inanmırıq. Biz Vikipediyanı azad və güclü saxlamaq istəyirik, lakin bizim Sizin kimi minlərlə insanların dəstəyinə ehtiyacımız vardır.

Sizə bizə qoşulmağı təklif edirəm. Sizin yardımınız Vikipediyanı bütün dünya üçün azad saxlamağa kömək edəcəkdir.

Təşəkkür edirəm,

Cimmi Uels (Jimmy Wales)

Yardım etmək üçün »

Əlavə məlumat